“Real” Modriçi itirdi
28.04.2023 - 14:11
“Real” Modriçi itirdi

“Real” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Luka Modriçin xidmətindən məhrum olub.

Xorvatiyalı yarımmüdafiəçi əzələsindəki zədədən əziyyət çəkir. “Jirona” ilə oyundan sonra hələ də bərpa olunmayan 38 yaşlı futbolçunun qarşıdakı matçlarda iştirakı sual altına düşüb.

“Real” mayın 7-də İspaniya kubokunun finalında “Osasuna”, 3 gün sonra Çempionlar Liqasının ilk yarımfinal görüşündə “Mançester Siti” ilə üz-üzə gələcək. Modriç bu qarşılaşmaları buraxmaq təhlükəsi ilə üzləşib.

Qeyd edək ki, Luka La Liqada mövsümün 28 matçında 4 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0