Daha bir futbolçu ərəb karvanına qoşulur
04.11.2023 - 13:58
Daha bir futbolçu ərəb karvanına qoşulur

Daha bir futbolçu Ərəbistan yarımadasına getməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisi Rafael Varan ərəb klublarından təklif aldığını təsdiqləyib.

30 yaşlı müdafiəçi uğrunda mübarizədə “Əl-Nəsr”in favorit olduğu bildirilir. Fransalı futbolçu Kriştiano Ronaldo ilə bir komandada çıxış etməyin əleyhinə deyil.

Qeyd edək ki, bu mövsüm 9 matçda meydana çıxan Varan 1 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0