Salahın yerinə iki namizəd
07.02.2024 - 18:36
Salahın yerinə iki namizəd

"Liverpul" Məhəmməd Salahı əvəzləyəcək futbolçu axtarır.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi misirli forvardı kimin əvəz edə biləcəyini araşdırır.

Klub rəsmiləri əsasən "Barselona"nın futbolçuları Ansu Fati və Rafinyaya göz dikib. Ansu Fati hazırda icarə əsasında "Brayton"da çıxış edir. İspan bütün turnirlərdə 15 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

27 yaşlı braziliyalı Rafinya isə bu mövsüm “Barselona”nın heyətində çıxdığı 20 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0