Bu gün İngiltərə Liqa kubokunda “Sauthempton” - “Mançester Siti” oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Roman Pavlyuçenko bu qarşılaşmaya proqnoz verib.
Rusiya millisinin və İngiltərə “Tottenhem”inin sabiq hücumçusu yaxşı tanıdığı klubların görüşünə təkli kupon üçün ən optimal variantı təqdim edib. O, görüşdə aşkar favoriti açıqlayıb:
“Sauthempton” fasilədən sonra zəif oynayır. Premyer Liqada ciddi olmayan rəqiblərlə matçda ardıcıl üç məğlubiyyət qeydə alınıb. Komandada sabitlik çatmır və yalnız buraxılan qola qədər yaxşı təsir bağışlayır.
“Mançester Siti” isə daha inamlıdır. Pep Qvardiolanın yetirmələri hələ Premyer Liqada lider olmasa da, yaxşı tempdə çıxış edir.
Hesab edirəm ki, bu cütdə hər şey aydındır. Heç bir intriqa gözləməyə dəyməz. Çətin ki, “müqəddəslər”ə doğma meydan amili də kömək etsin. Bu matçda 2,07 əmsallıq varianta üstünlük verirəm.
Proqnozum: “Mançester Siti” quru hesabla qələbə qazanacaq.