"Turan Tovuz" gürcü legionerlərindən birini göndərdi
09.01.2023 - 00:34
"Turan Tovuz" gürcü legionerlərindən birini göndərdi

"Turan Tovuz" gürcüstanlı hücumçu İmeda Aşortia ilə qarşılıqlı razılıq əsasında yolları ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İmedia Aşortia mövsümün əvvəlindən "Turan Tovuz"da çıxış edirdi. Forvard Premyer Liqada 13 oyuna çıxıb.

writer photo
Əlirza Əlirzalı
0