“Turan Tovuz”un futbolçusu Runi Eva Misli Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, o, 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.
Kamerunlu hücumçu cari mövsümdə 12-ci dəfə fərqlənib. O, XXIX turda “Şamaxı” ilə ev qarşılaşmasında rəqib qapısına yol tapıb.
Afrika təmsilçisinin daha çox qol vurması sonuncu dəfə 2014/15 mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə rəqib qapısına yol tapıb.
Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. “Qarabağ”ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib.