Loran Blan karyerasına Səudiyyə Ərəbistanı klubunda davam edəcək
13.07.2024 - 19:09
Loran Blan karyerasına Səudiyyə Ərəbistanı klubunda davam edəcək

Fransa millisinin keçmiş baş məşqçisi Loran Blan Səudiyyə Ərəbistanı klubuna rəhbərlik edəcək.

Apasport.az xəbər verir ki, 58 yaşlı mütəxəssis "Əl-İttihad" klubuna baş məşqçi təyin olunub.

Onunla "2+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, L.Blan karyerası ərzində PSJ və "Lion" kimi klublarda çalışıb.

writer photo
Əlirza Əlirzalı
0