PSV darmadağınla qrup mərhələsində
31.08.2023 - 00:56
PSV darmadağınla qrup mərhələsində

Çempionlar Liqası pley off-mərhələsinə yekun vurulub.

Apasport.az-ın məlumatına görə, qrup mərhələsində çıxış edəcək bütün komandaların adlarına aydınlıq gəlib.

Son üç xoşbəxt klub – PSV (Hollandiya), “Antverpen” (Belçika) və “Kopenhagen” (Danimarka) olub. Hollandiya təmsilçisi cavab matçında böyükhesablı qələbə qazanıb. Eyndhovenlilər “Reyncers”in qapısından 5 top keçiriblər. Qonaqlar bu toplardan yalnız birinin əvəzini çıxa biliblər.

“Kopenhagen” səfərdə qazanılan sərfəli nəticəni qoruya bilib. Öz meydanında heç-heçə oynayan Danimarka çempionu qrup mərhələsində oynamaq hüququ qazanıb. İki oyunun nəticəsinə görə, “Qarabağ”ı üstələyən “Rakuv” Avropa Liqasında çıxış edəcək

“Antverpen” isə AEK-i mübarizədən kənarlaşdırıb. Belçika təmsilçisi hər iki oyunda qələbə qazanıb.

Çempionlar Liqası
Pley-off, cavab oyunları
30 avqust

PSV (Hollandiya) - “Reyncers” (Şotlandiya) – 5:1
İlk oyun – 2:2
AEK (Yunanıstan) – “Antverpen” (Belçika) – 1:2
İlk oyun – 0:1
“Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) – 1:1
İlk oyun – 1:0

writer photo
Əlirza Əlirzalı
0