Smollinq seçim qarşısında
12.12.2022 - 23:24
Smollinq seçim qarşısında

“Roma”nın futbolçusu Kris Smollinq yayda klubunu dəyişəcək.

Apasport.az saytının məlumatına görə, müqaviləsi mövsümün sonunda başa çatacaq müdafiəçi digər klubların təkliflərini nəzərdən keçirir.

O, “İnter”lə “Yuventus”un maraq dairəsindədir. Bu klublar arasında seçim edən Kris “Roma”da qalmaq istəmir. Çünki paytaxt klubu ona maaşın azaldılması ilə 2 illik müqavilə təklif edir.

Qeyd edək ki, Smollinq indiki anlaşması ilə ildə 3,5 milyon avro qazanır.
 

writer photo
Əlirza Əlirzalı
0