Bu gün Avropa Liqasının IV turu çərçivəsində “Qarabağ” – “Olimpiakos” oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Bakıdakı qarşılaşmaya mütəxəssis rəyi açıqlanıb.
Futbol eksperti Mixail Savin görüşə ikiqat mərc edib. O, Azərbaycan çempionunun qələbəsinə inandığını gizlətməyib:
Bu qarşılaşmada meydan sahiblərinə üstünlük verməli olduğumuzu düşünürəm. Komanda fiziki cəhətdən çox hazırlıqlıdır.
“Qarabağ” təkcə Azərbaycan çempionatında deyil, beynəlxalq arenada da bütün rəqiblərini parçalayır. Hesab edirəm ki, Azərbaycan çempionu Avropa Liqasının pley-offuna vəsiqə şansını əldən verməyəcək.
Qonaqlar isə xüsusi olaraq heç nə ilə diqqət seçilmir. “Olimpiakos” əsas fikrini Yunanıstan çempionluğu uğrunda mübarizəyə yönəldəcək.
Ehtimal edirəm ki, bu dəfə də çox sayda qol olacaq. Azərbaycanlılar artıq sübut ediblər ki, oyunun Üst gəlməsinin öhdəsindən təkbaşına gələ bilirlər.
Onlar son iki qarşılaşmanın hərəsində üç dəfə fərqlənib. Qonaqların lider oyunçularının fərqi ustalığı onlardan da qol gözləmək üçün əsas verir. Bu üzdən də 3,48-ə bərabər olan ikiqat mərci inandırıcı sayıram.
Proqnozum: 1 və Üst