Lui Van Qal 26 il sonra “Ayaks”da
04.10.2023 - 11:33
Lui Van Qal 26 il sonra “Ayaks”da

Lui Van Qal “Ayaks”da işləməyə razılıq verib.

Apasport.az xəbər verir ki, komandadan verilən açıqlamada 72 yaşlı mütəxəssisin texniki məsələlər üzrə müşahidə şurasına məsləhətçi təyin edildiyi bildirilib.

Niderland millisinin sabiq baş məşqçisi yeni işi ilə bağlı bunları deyib: “Ayaks”a kömək etmək istəyirəm. Hazırda həyatımın çox hissəsini Portuqaliyada keçirirəm və bu, mənim məsləhətçi kimi roluma çox uyğun gəlir. Futbol biliklərimi müşahidə şurasına təqdim etməyə hazıram. Zirvəyə qayıtmaq üçün hər kəs üzərinə düşəni etməlidir”.

Qeyd edək ki, Van Qal 1991-1997-ci illərdə Amsterdam komandasını çalışdırıb.

writer photo
Əlirza Əlirzalı
0