Modriç "Real"dan ayrılacaq
20.01.2024 - 14:25
Modriç "Real"dan ayrılacaq

"Real"ın yarımmüdafiəçisi Luka Modriçin gələcəyi bəlli olub.

Apsport.az "relevo"ya istinadla  xəbər verir ki, xorvatiyalı futbolçu cari mövsümün sonunda “Real"ı tərk edəcək.

Mənbə iddia edir ki, tərəflər yeni müqavilə imzalamamaq qərarına gəliblər. Modriçin klubla hazırkı müqaviləsi bu ilin iyunun sonunda başa çatır.

Lukanın azad agent kimi Səudiyyə Ərəbistanı çempionatında klublardan birinə gedəcəyi gözlənilir.

Qeyd edək ki, xorvatiyalı 2012-ci ildən "Real"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi 24 matçda iştirak edib, o, aktivinə 1 qol və 5 məhsuldar ötürmə yazdırıb. 

 

writer photo
Əlirza Əlirzalı
0