Mübariz Orucov: "Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm"
26.11.2023 - 20:51
Mübariz Orucov: "Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm"

Bu gün Misli Premyer Liqasının XIV turu çərçivəsində "Sumqayıt" "Zirə"ni qonaq edib. Görüş elə başladığı kimi də başa çatıb: 0:0

Apasport.az xəbər verir ki, matçdan sonra ev sahibi komandanın məşqçisi Mübariz Orucovun iştirakı ilə mətbuat konfransı keçirilib. Əvvəlcə oyun haqqında fikirlərini bildirən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm. Azarkeşlərimiz də həmişəki kimi, möhtəşəm idilər".

- İkinci yarıda "Zirə"nin aşkar üstünlüyü var idi. Əgər 0:0 hesabına görə futbolçuları təbrik edirsizsə, qələbə qazananda nə deyirsiz?
- Razı deyiləm ki, "Zirə"nin aşkar üstünlüyü var idi. Ortada oyun gedirdi. Ola bilər ki, rəqib birinci hissə ilə müqayisədə fasilədən sonra bir az aktiv oynadı. Amma deməzdim ki, aşkar üstünlüyü var idi. İkinci hissə gərginliklə yadda qaldı. Uduzmamaq, qalib gəlmək istəyi futbolçularda gərginliyə gətirib çıxardı. Ola bilər ki, ona görə oyunumuzda eniş yaşandı. Amma "Zirə"nin aşkar üstün olması fikri ilə razılaşmıram.

writer photo
Əlirza Əlirzalı
0