"Şaxtyor" rəsmisindən cavab: "Onu satmağa tələsmirik"
06.01.2023 - 00:55
"Şaxtyor" rəsmisindən cavab: "Onu satmağa tələsmirik"

“Mudriki satmağa tələsmirik, pula ehtiyacımız yoxdur".

Apasport.az xəbər verir ki, bunu "Şaxtyor"un futbol üzrə direktor köməkçisi Karlo Nikolini bildirib. 

O, qeyd edib ki, klubun hücumameyilli yarımmüdafiəçi Mixail Mudriki satmağa ehtiyacı yoxdur. Eyni zamanda funksioner bildirib ki, o, komandasının futbolçusunu “Mançester Yunayted”in braziliyalı futbolçusu Antonidən güclü hesab edir:

"Biz Mixaili Antonidən güclü hesab edirik. Ona görə də indi onun dəyərini başa düşə bilərsiniz. Onun qiyməti olduqca bəllidir”.

Daha əvvəl mediada Donetsk klubunun "Arsenal"ın 62 milyon funt sterlinq (təxminən 70 milyon avro) məbləğində ikinci təklifini rədd edəcəyini yazıb. Bu futbolçu üçün "Çelsi"nin də danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, bu mövsüm Mixail Mudrik "Şaxtyor"un heyətində 18 oyuna çıxıb, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 40 milyon avro dəyərində qiymətləndirir.

writer photo
Əlirza Əlirzalı
0