“İnter”dən Dzekoya müqavilə təklifi
05.11.2022 - 17:44
“İnter”dən Dzekoya müqavilə təklifi

“İnter” futbolçusu Edin Dzeko ilə yeni müqavilə imzalayır.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu hücumçunu heyətində saxlayacaq.

Milanlılar müqaviləsi mövsümün sonunda başa çatacaq 36 yaşlı forvardın xidmətində maraqlıdır. Artıq ona yeni anlaşma təklif olunub.

Bosniya və herseqovinalı 2021-ci ilin yayından “İnter”də çıxış edir. O, cari mövsümün 18 matçında 6 qol vurub.

Qeyd edək ki, Dzekonun transfer qiyməti 4 milyon avro ilə dəyərləndirilir.
 

writer photo
Əlirza Əlirzalı
0