Almaniya futbolunun əfsanələrindən hesab edilən Tomas Müller milli komanda karyerasını bitirmək qərarına gəlib.
Apasport.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Beləliklə, 34 yaşlı futbolçunun milli komandada sonuncu iştirakı İspaniya ilə oyuna təsadüf etdi. Oyuna ehtiyat oyunçular skamyasında başlayan hücumçu meydana 80-ci dəqiqədə daxil olmuşdu.
Həmin oyundan sonra açıqlama verən Müller özü də milli komanda karyerasını bitirmək ehtimalının yüksək olduğunu demişdi.
Oyunçu millisi ilə 2014-cü ildə təşkil olunan mundialda çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, Tomas Almaniya formasını 131 dəfə geyinib, bu oyunlarda 45 qol, 41 məhsuldar ötürməyə nail olub.