"Oyuna nəzarət edir, qol fürsətləri yaradırdıq. Futbolçular oyunboyu pressinq etdilər. Fasilədən sonra ilk matçımız olduğunu nəzərə alsaq, keyfiyyətli oyun nümayiş etdirdiyimizi deyə bilərəm".
Apasport.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.
O, Antalyada təlim-məşq toplanışı çərçivəsində "Varta"ya (Polşa) qarşı keçirilən ilk yoxlama oyununu (1:1) şərh edib: "Bu matçda hər şeydən razı qaldım, son dəqiqədə buraxılan qoldan başqa. Futbolu qalib gəlmək üçün oynayırıq. Bütün oyuna nəzarət edirsənsə, matçın son dəqiqəsində belə diqqətsizliyə yol vermək olmaz. Qeyd etdiyim kimi, son dəqiqədə buraxılan qolu çıxmaq şərtilə bütün oyundan razı qaldım”.
Qeyd edək ki, 42-ci dəqiqədə ukraynalı Aleksey Kaşşuk "Sabah"ı önə keçirsə də, "Trabzonspor"a məxsus olan, Türkiyə 21 yaşadək millisinin hücumçusu Enis Destan 90+2-ci dəqiqədə hesabı bərabərləşdirib.