“Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos”un qonağı olacaq.
Azərbaycanlı jurnalistlər Pireydə baş tutacaq qarşılaşma ilə bağlı apasport.az saytının sorğusunu cavablandırıblar.
Həmkarlarımız Yunanıstan çempionu önündə təmsilçimizi daha şanslı hesab edir. Səsvermədə iştirak edən 22 nəfərdən 8-i Qurban Qurbanovun yetirmələrindən səfərdə qələbə gözləyir. Onlardan 6-ı 1:2 hesabını proqnozlaşdırıb. Cəmi 4 jurnalist “Olimpiakos”un doğma divarlar arasında qalibiyyətinə inanır.
10 nəfər isə heç-heçə nəticələnəcəyini düşünür. Onlardan da 6-sının proqnozu 1:1-dir.
Maraqlıdır ki, sorğuda iştirak edənlərdən 19-u hər iki komandanın ən azı bir qol vuracağına ehtimal edib.
Ceyhun Rzayev (ATV) – 1:1
Tahir Mirzə (İdman TV) – 1:1
Asəf Zeynallı (CBC Sport) – 2:1
Elsevər Məmmədov (qafqazinfo.az) – 1:1
İlkin Sultanlı (futbol+) – 1:2
Saleh Arslan (korner.az) – 1:2
Səxavət Qurbanov (idmanxeber.az) – 2:0
Elşən Məmmədov (sportnet.az) – 1:2
Ruslan Mikayıllı (azerisport.com) – 2:3
İbrahim Cəfərov (futbolxeber.az) – 2:2
Mehman Süleymanov (sport24.az) – 0:1
Zaur Xudiyev (report.az) – 1:2
İlqar Tağıyev ("525-ci qəzet") – 2:2
Əli Sahib (fanat.az) – 1:2
Elmir Əliyev (haqqin.az) – 2:2
Mirələm Həsənli (sportlife.az) – 3:1
Teymur Maksutov (1news.az) – 2:1
Daşqın Əziz (offsideplus.az) – 1:2
Səbuhi Məmmədli (lent.az) – 2:2
Ulucay Akif (kulis.az) – 1:1
Səlcuq Elçin (apa.az) – 1:1
Tahir Hümmətov (apasport.az) – 1:1