Murad Musayev "Krasnodar"a rəhbərlik edə bilər
13.03.2024 - 12:54
Murad Musayev "Krasnodar"a rəhbərlik edə bilər

"Sabah"ın sabiq baş məşqçisi Murad Musayev "Krasnodar"a rəhbərlik edə bilər.

Apasport.az “RB Sport”a istinadla xəbər verir ki , 40 yaşlı mentor Rusiya Premyer Liqasının 19-cu turunun “Rubin Kazan”la oyunundan (1:1) sonra klub rəhbərliyi ilə ilkin danışıqlar aparıb. 

Məlumata görə, rusiyalı mütəxəssis mövsümün sonunadək komandaya rəhbərlik etməyə hazırdır. 

Xatırladaq ki, bu gün - martın 13-də “Krasnodar”ın Rusiya kubokundan kənarda qalmasından sonra baş məşqçi Vladimir İviç istefaya göndərilib.

writer photo
Əlirza Əlirzalı
0