“İlk hissədə rəqib bizdən daha yaxşı oynadı. Layiq olduqları qolu vurdular. İkinci hissəyə görə futbolçulara heç bir iradım yoxdur. 46-cı dəqiqədən sonra oynamağa başladıq. Məğlubiyyətdə özümüz günahkarıq”.
Apasport.az saytı xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “Sumqayıt”la təxirə salınmış oyundan sonra deyib.
- 3-4 gün əvvəl də "Sumqayıt"la oyunda ilk hissədə məğlub duruma düşmüşdüz. Amma geridönüş etmişdiz. Bu dəfə alınmadı?
- Əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Rəqib rahat oynayırdı. Biz hesabı bərabərləşdirsəydik, onlar daha çox boşluqlar verəcəkdi. Keçən oyunda hesab 1:1 olandan sonra rəqib hücuma gedirdi. Onda boş zonalar tapa bilirdik.
- Kahim Parris və Cesse Sekidikaya çox şans verirsiz. Onların performansını necə dəyərləndirirsiz?
- Heç kimi müsbət dəyərləndirə bilmərəm. Çünki, məğlub olmuşuq. İmkanlarımızdan aşağı çıxış etdik.
- Bu məğlubiyyət psixoloji təzyiq yaratmayacaq?
- Peşəm elədir ki, təzyiq hər gün var.
- Yenə qırmızı vərəqə aldınız. Hakimlərin sizinlə problemi nədir?
- Məncə, məndən daha çox onların özləri ilə bağlıdır. Emosional olduğum üçün qırmızı vərəqə göstərirlər.
Murad Musayev: “Emosional olduğum üçün qırmızı vərəqə göstərirlər” - MÜSAHİBƏ
25.10.2023 - 21:12
0
0