Murad Musayev üçün əlamətdar oyun
26.04.2023 - 01:45
Murad Musayev üçün əlamətdar oyun

Misli Premyer Liqasında XXXI tur "Sabah"ın baş məşqçisi Murad Musayev üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən və "Sabah"ın 2:0 hesablı qələbəsi ilə nəticələnən matçda Musayev Azərbaycan Premyer Liqasında 50-ci görüşünü keçirib.

Qeyd edək ki, "Sabah" rusiyalı mütəxəssisin rəhbərliyi altında yüksək liqada 32 qələbə qazanıb (9 heç-heçə, 9 məğlubiyyət).

writer photo
Əlirza Əlirzalı
0