Argentinalı müdafiəçi “Atletko”da
22.07.2022 - 22:46
Argentinalı müdafiəçi “Atletko”da

“Udineze”nin müdafiəçisi Nauel Molina karyerasını İspaniyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu yeni mövsümdən “Atletiko”nun formasını geyinəcək.

Madrid klubu argentinalı oyunçunun həm özü, həm də klubu ilə müqavilənin bütün şərtlərini razılaşdırıb. Sağ cinah müdafiəçisi La Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayacaq. Bu transferin “Udineze”yə 15-20 milyon avro aralığında pul qazandıracağı bildirilib.

Qeyd edək ki, Nauel Molina “Udineze”yə 2020-ci ildə “Boka Xuniors”dan keçib.
 

writer photo
Əlirza Əlirzalı
0