Musa Qurbanlı Qurban Qurbanovun nömrəsini ələ keçirdi
23.01.2023 - 13:36
Musa Qurbanlı Qurban Qurbanovun nömrəsini ələ keçirdi

Mövsümün ikinci yarısı öncəsi “Qarabağ”ın Misli Premyer Liqasındakı sifariş vərəqində dəyişikliklər olub.

Apasport.az saytının məlumatına görə, iki futbolçu çıxış etdiyi nömrəni dəyişib.

Ağdam klubunun təcrübəli yarımmüdafiəçisi Riçard Almeyda yenidən 20 nömrəli formanı geyinəcək. Əvvəllər də bu rəqəmə üstünlük verən milliləşən braziliyalı Kadi Borqesin gedişindən sonra boş qalan “20”yə qovuşub.

Gənc hücumçu Musa Qurbanlı da nömrəsini dəyişib. O, “Qarabağ”ın 9 nömrəli formasını daşıyacaq. Baş məşqçi Qurban Qurbanovun oğlu vaxtilə atasının da üstünlük verdiyi nömrəni ələ keçirib.

Qeyd edək ki, mövsümün ilk yarısında Riçard 7, Musa 22 nömrə altında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0