Premyer Liqa klubundan milli üzvünə təklif
18.10.2022 - 13:46
Premyer Liqa klubundan milli üzvünə təklif

“Real”ın yarımmüdafiəçisi Marko Asensio gələn mövsüm karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Nyukasl” İspaniya millisinin üzvünə elçi düşüb.

“Sağsağanlar” 26 yaşlı hücumameyilli oyunçunun meneceri Jorje Mendeşlə danışıqlara başlayıb. Premyer Liqa təmsilçisi onu gələn ilin yayında azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, 2015-ci ildən “Real”ın formasını geyinən Marko Asensio bu mövsüm bütün turnirlərdə 9 oyunda ümumilikdə 104 dəqiqə meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0