Musa Qurbanlını Tallində nə gözləyir?
12.10.2023 - 12:59
Musa Qurbanlını Tallində nə gözləyir?

Azərbaycan millisi sabah növbəti oyununu keçirərək.

Apasport.az xəbər verir ki, yığmamızın Estoniya ilə səfər matçı ərəfəsində komanda üzvlərinin oyun və qol göstəriciləri açıqlanıb.

Baş məşqçi Canni de Byazinin sərəncamında olan 25 futbolçudan ən böyük milli təcrübəsinə malik oyunçu  Ramil Şeydayevdir. O, 56 dəfə yığmanın formasını geyinib. Bombardirlər siyahısına isə 11 qol vuran Emin Mahmudov başçılıq edir.

AVRO-2024-ün sabah keçiriləcək seçmə görüşü bəzi futbolçular üçün yubileylə əlamətdar ola bilər. Şeydayev yığmada 10-cu qolunu vurmaq üçün Baltikyanı ölkə təmsilçisini məyus etməlidir.

Renat Dadaşov meydana çıxsa, 25-ci oyununu keçirəcək. Musa Qurbanlı isə 10-cu matçını gözləyir.

Millinin iki üzvü isə debüt arzusundadır. Rəşad Əzizli və Nəriman Axundzadənin ilk dəfə əsas yığma ilə meydana çıxmaq şansı var.

Qeyd edək ki, Estoniya – Azərbaycan matçı Tallində baş tutacaq.

Futbolçu

oyun

qol

Ramil Şeydayev

56

9

Mahir Emreli

42

5

Emin Mahmudov

41

11

Anton Krivotsyuk

32

1

Renat Dadaşov

24

2

Şahrudin Məhəmmədliyev

22

-27

Səlahət Ağayev

21

-26

Hoccət Haqqverdi

20

1

Coşqun Diniyev

16

0

Aleksey İsayev

16

1

Toral Bayramov

15

0

Elvin Cəfərquliyev

13

1

Elvin Camalov

12

0

Filip Ozobiç

12

1

Rahil Məmmədov

12

0

Musa Qurbanlı

9

1

Rüstəm Əhmədzadə

7

0

Ozan Can Kökçü

6

0

Cəlal Hüseynov

5

0

Qismət Alıyev

4

0

Bəxtiyar Həsənalızadə

3

0

Emil Səfərov

2

0

Yusif Nəbiyev

1

0

Nəriman Axundzadə

0

0

Rəşad Əzizli

0

0

writer photo
Əlirza Əlirzalı
0