Musa Qurbanlının “Torino”ya keçid FAİZİ
16.04.2023 - 12:20
Musa Qurbanlının “Torino”ya keçid FAİZİ

"Qarabağ"ın futbolçusu Musa Qurbanlının transfer qiyməti açıqlanıb. 

Apasport.az İtaliya mətbuatına istinadən məlumat verir ki, "Torino" 21 yaşlı hücumçu üçün təxminən 5 milyon avro xərcləməlidir. 

Qurbanlının transfer ehtimalı isə 25 faiz olaraq göstərilib.

Qeyd edək ki, Musa bu mövsüm Misli Premyer Liqasında 20 qolla bombardirdir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0