Namik Ələskərov cəzalandırılmamaq üçün nə etdi?
20.05.2022 - 13:43
Namik Ələskərov cəzalandırılmamaq üçün nə etdi?

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov “Bursaspor”da pul cəriməsi almamaq üçün klubun bazasına yollanıb.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Ələskərovla yanaşı, Joao Pedro və 5 təcrübəli yerli futbolçu düşərgəyə qayıdıb.

Ancaq adıçəkilən oyunçuların heç biri “Menemenspor”la oyunöncəsi məşqə qatılmayıb. Maraqlıdır ki, onları məşqə çıxmaqdan imtina etdikləri üçün cəza da gözləmir. Çünki cərimələnməmək üçün əsas şərt bazada olmaqdır. Həmin 7 oyunçudan fərqli olaraq, düşərgəyə qoşulmayan digər əcnəbilər və təcrübəli yerlilərlə bağlı hüquqi prosedura başlanılıb.

“Bursaspor” TFF I Liqasının son tur matçına U-17 və U-19-un oyunçuları ilə çıxacaq.

Qeyd edək ki, “Bursaspor” I Liqanı tərk etdiyindən, Namik Ələskərov da daxil olmaqla bütün əcnəbi oyunçuları ilə müqaviləyə xitam verəcək.
 

writer photo
Əlirza Əlirzalı
0