Nazim Süleymanov: "Səviyyə öz sözünü dedi"
19.12.2023 - 16:25
Nazim Süleymanov: "Səviyyə öz sözünü dedi"

Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha bir oyunu başa çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İrəvan” “Araz-Naxçıvan” (2:8) matçından sonra təşkil olunan mətbuat konfransında "İrəvan"ın baş məşqçisi Nazim Süleymanov jurnalistlərin suallarını cavablandırıb:

- Komandanız niyə darmadağın oldu?
- Darmadağın deyəndə, hə, hesab onu deyir. Amma matçın əvvəlində heç kim bunu deyə bilməzdi. Premyer Liqa ilə I Liqa arasında səviyyə fərqi göz qabağındadır. İndiki futbol sürət futboludur. Səviyyə öz sözünü dedi. Komanda səbirli və nizamlı olmalıdır. Bizdə oyunçularla bağlı çətinliklər var. Ehtiyatda 5 oyunçu olsa da, 3 nəfəri oyuna buraxa bildik. Qapıçılarla birlikdə 17-18 oyunçumuz var. Liqada bir oyunumuz qalıb. Kubok avrokuboklara ən qısa yoldur. İnsanların arzuları var. İştah diş altındadır. "Araz-Naxçıvan"a uğurlar arzulayıram. Futbol səhvlər oyunudur. Kim çox səhv edirsə, o da məğlub olur. Təssüf ki, biz çox səhv etdik.

- Oyundan sonra futbolçulara nə dediz?
- Təbrik elədim. Dedim ki, eybi yox, yeni tarix yazdız. Çempionatdakı son matçdan sonra gələcəklə bağlı planlar quracağıq.

writer photo
Əlirza Əlirzalı
0