Nazim Süleymanova daha bir azərbaycanlı köməkçi
18.10.2022 - 14:14
Nazim Süleymanova daha bir azərbaycanlı köməkçi

Ötən ayın əvvəlləri Rusiyanın “Ximki” klubunun U-19 komandasına baş məşqçi təyin olunan Nazim Süleymanov məşqçi korpusunu genişləndirmək qərarına gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 57 yaşlı mütəxəssis daha bir azərbaycanlını yanına aparmaq niyyətindədir.

Emin Ağayevdən sonra bu dəfə Azərbaycan millisinin digər sabiq futbolçusu Rasim Abuşov da “Ximki”də çalışa bilər. Uzun müddət Rusiyada çıxış etmiş, həmçinin məşqçi kimi də Stavropol “Dinamo”sunda fəaliyyət göstərmiş 59 yaşlı Abuşovun “Ximki”nin U-19 komandasına köməkçi-məşqçi təyin olunması gözlənilir.

Qeyd edək ki, “Ximki”nin U-19 komandası Rusiya gənclər liqasında 14 turdan sonra yer aldığı B qrupunun 8 xalla sonuncusudur.

writer photo
Əlirza Əlirzalı
0