Fransa Mərakeşə qalib gəlib, ardıcıl 2-ci dəfə finala çıxdı - YENİLƏNİB
15.12.2022 - 00:57
Fransa Mərakeşə qalib gəlib, ardıcıl 2-ci dəfə finala çıxdı - YENİLƏNİB

Bu gün DÇ-2022-nin yarımfinal mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ikinci finalçı Fransa və Mərakeşin duelində bəlli olub.

Son dünya çempionu təkcə bu görüşün deyil, mundialın favoriti olub. Gözləntilər özünü doğruldub. Didye Deşamın yetirmələri ardıcıl ikinci çempionluğa bir addım da atıb. Mərakeşə 2:0 qalib gələn komanda finala çıxıb.

Qeyd edək ki, Fransa dekabrın 18-də finalda Argentina ilə görüşəcək. Bundan bir gün əvvəl isə 3-cü yer uğrunda Mərakeş Xorvatiya ilə qarşılaşacaq.

DÇ-2022
Yarımfinal
14 dekabr
23:00. Fransa – Mərakeş - 2:0
Qol:
Teo Ernandes, 5. Rondal Kölo Muani, 79

writer photo
Əlirza Əlirzalı
0