Bu gündən azad agent statusu daşıyan ən dəyərli 10 futbolçu
01.07.2022 - 17:23
Bu gündən azad agent statusu daşıyan ən dəyərli 10 futbolçu

Avropa ölkələrində futbolçuların bu ilin yayına qədər olan müqaviləsi bu gündən etibarən başa çatıb.

Apasport.az saytının məlumatına görə, artıq bir çox oyunçu azad agent statusuna malikdir.

Onlar arasında kifayət qədər tanınan ulduzlar da var. Bu siyahıda məhz transfer vərəqəsi əlində olan ən dəyərli 10 futbolçu yer alıb. 

1. Pol Poqba
Son klubu: “Mançester Yunayted”
Ölkəsi: Fransa
Yaşı: 29
Mövqeyi: Yarımmüdafiəçi
Transfer dəyəri: 48 milyon avro

2. Frank Kessye
Son klubu: “Milan”
Ölkəsi: Fil Dişi Sahili
Yaşı: 25
Mövqeyi: Yarımmüdafiəçi
Transfer dəyəri: 45 milyon

3-4. Andreas Kristensen
Son klubu: “Çelsi”
Ölkəsi: Danimarka
Yaşı: 26
Mövqeyi: Müdafiəçi
Transfer dəyəri: 35 milyon

3-4. Paulo Dibala
Son klubu: “Yuventus”
Ölkəsi: Argentina
Yaşı: 28
Mövqeyi: Hücumçu
Transfer dəyəri: 35 milyon

5. Usman Dembele
Son klubu: “Barselona”
Ölkəsi: Fransa
Yaşı: 25
Mövqeyi: Hücumçu
Transfer dəyəri: 30 milyon

6. Ceyms Tarkovski
Son klubu: “Bernli”
Ölkəsi: İngiltərə
Yaşı: 29
Mövqeyi: Müdafiəçi
Transfer dəyəri: 22 milyon

7-8. Kristian Eriksen
Son klubu: “Brentford”
Ölkəsi: Danimarka
Yaşı: 30
Mövqeyi: Yarımmüdafiəçi
Transfer dəyəri: 20 milyon

7-8. Andrea Belotti
Son klubu: “Torino”
Ölkəsi: İtaliya
Yaşı: 28
Mövqeyi: Hücumçu
Transfer dəyəri: 20 milyon

9. Cessi Linqard
Son klubu: “Mançester Yunayted”
Ölkəsi: İngiltərə
Yaşı: 29
Mövqeyi: Yarımmüdafiəçi
Transfer dəyəri: 18 milyon

10. Alessio Romanyoli
Son klubu: “Milan”
Ölkəsi: İtaliya
Yaşı: 27
Mövqeyi: Müdafiəçi
Transfer dəyəri: 17 milyon
 

writer photo
Əlirza Əlirzalı
0