Nazirin "Olimpiya" klubunun üzvləri ilə GÖRÜŞÜ
31.03.2024 - 10:40
Nazirin "Olimpiya" klubunun üzvləri ilə GÖRÜŞÜ

Martın 30-da gənclər və idman naziri Fərid Qayıbov Bakı Olimpiya Stadionunda yerləşən "Olimpiya" klubunun üzvləri ilə görüşüb.

Apasport.az xəbər verir ki, nazir burada fəaliyyət göstərən MMA, güləş və boks idman bölmələrinin fəaliyyəti ilə maraqlanıb.

Fərid Qayıbov klubun məşqçiləri Gözəl Zutova və Yusif Əliyevlə fikir mübadiləsi aparıb, idmançılarla söhbət edib, onların hazırlıqları ilə tanış olub.

writer photo
Əlirza Əlirzalı
0