“Neftçi”nin U-11 komandası Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “VW Wolf Herbst CUP” turnirinə start verib.
Apasport.az saytı xəbər verir ki, yarışın ilk günündə Almaniya “Vuppeltaler”inə 4:1 hesabı ilə qalib gələn baş məşqçi Mahmud Əhmədovun yetirmələri bu ölkənin “Ratingen” (0:2), “Hannover” (1:2) və Belçikanın “Eupen” (2:6) klublarına məğlub olaraq “C” qrupunda 5 komanda arasında 4-cü yeri tutub.
Bununla da, “ağ-qaralar” 6 komandalı 4-cü qrupda mübarizə aparmaq hüququ qazanıb. “Hamburq”a 0:3 hesabı ilə uduzan U-11 komandası Almaniyanın başqa bir klubu “Paderborn”a 2:1 hesabı ilə qalib gəlib.
“Neftçi” qrupun digər oyunları çərçivəsində bu gün “Hessen Kassel”, “Ayntraxt Dortmund” və “Ratingen” klubları ilə qarşılaşacaq.