Konte "Napoli"dən iki müdafiəçi istəyib
14.06.2024 - 13:38
Konte "Napoli"dən iki müdafiəçi istəyib

"Napoli"nin yeni baş məşqçisi Antonio Konte komandasının müdafiə xəttini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki,  mentor klub rəhbərliyindən iki oyunçu - Amar Dediç və Leonardo Spinazzolanı istəyib.

21 yaşlı bosniyalı "Napoli"dən ayrılmağı planlaşdıran kapitan Covanni di Lorenzonu əvəzləyə bilər.

31 yaşlı italiyalıya gəlincə, o, azad agent kimi çıxış edəcək - onun "Roma" ilə müqaviləsi bu ay başa çatır.

Nüfuzlu "Transfermarkt" portalı Dediçin dəyərini 20 milyon avro, Spinazzolanı isə 4 milyon avro olaraq qiymətləndirilir.

writer photo
Əlirza Əlirzalı
0