"Neftçi" azarkeşləri "Xəzər Lənkəran" üçün darıxıb
18.02.2024 - 21:24
"Neftçi" azarkeşləri "Xəzər Lənkəran" üçün darıxıb

Misli Premyer Liqasının XXIII turu çərçivəsində "Neftçi" doğma meydanda "Zirə"ni qəbul edib (1:0).

Apasport.az xəbər verir ki, matçın gedişində "Neftçi"nin azad azarkeş qrupu "Neftçimania" "Xəzər Lənkəran"a ünvanlı şüarlar səsləndirib. 

"Böyük oyunu bizə qaytarın" deyən qrup maraqlı bəstə ilə cənub təmsilçisini Premyer Liqaya səsləyib:

"Gəzdik küçələrdə,

yatdıq vağzallarda, 

keçdi gecələr.

Gözləsin bizi, gəlirik, Lənkəran". 

Qeyd edək ki, son günlərdə "Xəzər Lənkəran"ın stadionunun təmirə bağlanması səbəbilə cənubluların yenidən elitaya qayıda biləcəyi haqda xəbərlər yayılıb. 

 

writer photo
Əlirza Əlirzalı
0