"Fənərbaxça" Avropa nəhənglərini geridə qoydu
29.01.2024 - 11:30
"Fənərbaxça" Avropa nəhənglərini geridə qoydu

Türkiyə Super Liqasının 23-cü həftəsində "Fənərbaxça" "Ankaragücü"nü qəbul edib. "Kanaryalılar" ilk yarını 1:0 geridə tamamlasa da, Cengiz Ünderin dublu ilə matçı 2:1 hesabı ilə qazanıb.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, "sarı-göylü"lər bu nəticə ilə Avropanın 5 ən böyük liqası və Super Liqada 100 qola çatan ilk komanda olub.

"Fənərbaxça" bu mövsüm Cengiz Ünderin vurduğu ilk qolla 100 qol həddini keçib.

"Fənərbaxça"dan sonra ən çox qol vuran komandalar 85 qolla "Bayer", 84 qolla "Liverpul", 81 qolla "Mançester Siti" və 75 qolla "Real Madrid"dir.

writer photo
Əlirza Əlirzalı
0