"Neftçi" "Ərzurumspor"la bərabərə qaldı
20.07.2024 - 20:06
"Neftçi" "Ərzurumspor"la bərabərə qaldı

Türkiyədə hazırlıq keçən "Neftçi" 3-cü yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, Roman Qriqorçukun komandası yerli "Ərzurumspor"la qarşılaşıb.

"Ağ-qaralar" 1-ci Liqa təmsilçisi ilə görüşdə heç-heçəyə razı olub. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Qeyd edək ki, paytaxt klubu əvvəlki yoxlama matçlarında "Alanyaspor" (3:1) və "Sivasspor"a (2:1) qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0