Almaniya millisinin futbolçusu Antonio Rudiger İspaniyadan kömək istəyib.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya yığmasının müdafiəçisi Dani Karvaxal açıqlayıb.
O bildirib ki, DÇ-2022-yə uğursuz başlayan Bundestimin müdafiəçisi 1/8 finala vəsiqə uğrunda mübarizə ilə bağlı “Real”dakı komanda yoldaşından xahiş edib: “Rudiger son turda Yaponiyanı udmağımızı xahiş etdi. Amma qalib gələcəyimizə heç kim şübhə də etmir. Biz qrupda birinci yeri tutmaq və bütün matçlarda qalib gəlmək istəyirik. Bunun üçün hər şey edəcəyik”.
Qeyd edək ki, dekabrın 1-də keçiriləcək son tur ərəfəsində İspaniyanın 4, Yaponiya və Kosta-Rikanın hərəyə 3, Almaniyanın 1 xalı var. Həmin gün almaniyalılar şimali amerikalılarla, pireneylilər asiyalılarla üz-üzə gələcək.