Paris-2024: Basketbolda günün nəticələri
07.08.2024 - 01:54
Paris-2024: Basketbolda günün nəticələri

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında basketbol yarışları davam edir.

Apasport.az xəbər verir ki, bu gün baş tutmuş 1/4 final görüşlərindən sonra yarımfinalçıların adlarına aydınlıq gəlib.

Braziliyanı böyük fərqlə (122:87) məğlub edən ABŞ Avstraliya səddini çətinliklə keçən Serbiya (95:90) ilə qarşılaşacaq.

Ev sahibi Fransa Kanadanı 82:73 hesabı ilə məyus edib. Fransızlar yarımfinalda yunanıstanı mübarizədən kənarlaşdıran Almaniyaya (76:63) rəqib olub. 

Basketbol yarışlarının yarımfinal mərhələsi avqustun 8-də baş tutacaq. Fransa - Almaniya cütü Bakı vaxtı ilə saat 19:30-da, ABŞ - Serbiya isə 23:00-da üz-üzə gələcək.

Qeyd edək ki, final matçı avqustun 10-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0