Sabah addımı
27.10.2022 - 12:35
Sabah addımı

“Sabah” baş məşqçi Murad Musayevlə yeni müqavilə bağlayıb.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, anlaşmaya əsasən, rusiyalı mütəxəssislə cari mövsümün sonunda bitəcək müqavilə müddəti daha bir il – 2024-cü ilin may ayına kimi uzadılıb.

Qeyd edək ki, Murad Musayev ötən il oktyabrın 30-dan “Sabah”ın baş məşqçisidir.
 

writer photo
Əlirza Əlirzalı
0