Dünyanın ən yaxşı məşqçilərinin reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 mütəxəssis yer alıb.
Ən yaxşılar sırasında Azərbaycan klubları iki məşqçi ilə təmsil olunur. Uzun müddət bu cədvəldə yeganə təmsilçimiz olan Qurban Qurbanov 1594 xala malikdir.
“Qarabağ”ın baş məşqçisi dünyanın 226-cısıdır. 50 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 3 addım geriləyib.
“Neftçi”nin baş məşqçisi postuna yeni təyin olunan Laurentsiu Regekampf da “Top-500”dədir. Rumıniyalı mütəxəssis hətta Qurban Qurbanovdan da öndədir.
Hesabında 1642 xal olan legioner planetin 168-ci məşqçisidir. “Neftçi”nin çalışdırıcısı “Qarabağ”dakı həmkarını 58 pillə qabaqlayır.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2198 başçılıq edir. Yurgen Klopp (2126) ikinci, Antonio Konte (2089) üçüncüdür.