"Neftçi" Hakimlər Komitəsinə söz atdı - VİDEO
18.03.2023 - 00:52
"Neftçi" Hakimlər Komitəsinə söz atdı - VİDEO

"Neftçi" Azərbaycan Premyer Liqasının XXVII turunda "Kəpəz"lə oyunda son qolunun ofsayd səbəbindən sayılmamasına etiraz edib.

Apasport.az xəbər verir ki, "ağ-qaralar" narazılığını sosial şəbəkə hesabında ifadə edib. Klubun feysbuk səhifəsində Yeqor Boqomolskinin son dəqiqələrdə vurduğu və oyundankənar vəziyyət səbəbilə ləğv edilən qolu paylaşılıb.

Sözügedən posta "Əyri xətkeşlə yarıda kəsilən qol sevincimiz" başlığı qoyulub. Klub bununla VAR sistemindən verilən görüntüdə ofsaydla bağlı xəttin əyri çəkilməsinə işarə edilib.

Xatırladaq ki, "Neftçi" – "Kəpəz" matçı 2:2 hesabı ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0