“Lion” Pyaniçi icarəyə götürür
30.08.2022 - 16:36
“Barselona”nın futbolçusu Miralem Pyaniç karyerasını Fransada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Lion” sabiq yarımmüdafiəçisini heyətinə qaytarmaq niyyətindədir.
Liqa1 təmsilçisi Pyaniçi icarəyə götürmək istəyir. 32 yaşlı bosniya və herseqovinalı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun da maraq dairəsindədir.
Miralem 2008-11-ci illərdə Lionun eyniadlı klubunda forma geyinib. O, 121 qarşılaşmada 16 qol vurub.
Qeyd edək ki, Pyaniç cari mövsümdə meydana çıxmayıb.
0
0