“Qarabağ” – “Viktoriya” matçında sloveniyalı hakimlər
15.08.2022 - 10:41
“Qarabağ” – “Viktoriya” matçında sloveniyalı hakimlər

“Qarabağ” – “Viktoriya” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçını Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Slavko Vinçiç olacaq. Ona Tomaz Klançnik və Andraj Kovaçiç yardım edəcək. Dördüncü hakim funkriyasını Rade Obrenoviç yerinə yetirəcək. VAR hakimi Nejc Kajtazoviç, onun assistenti Yure Praprotnik olacaq.

Qeyd edək ki, qarşılaşma avqustun 17-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0