1 ayda ikinci dəfə qovuldu
17.02.2023 - 16:18
1 ayda ikinci dəfə qovuldu

İtaliyada “Salernitana” ilin əvvəlindən ikinci dəfə baş məşqçi Davide Nikolanı istefaya göndərib.

Apasport.az saytı xəbər verir ki, o, A seriyasında 4 oyunda üç məğlubiyyətdən sonra postundan kənarlaşdırılıb.

49 yaşlı mütəxəssis bununla da 1 ay ərzində ikinci dəfə komandadan qovulub. Nikola ilk dəfə yanvarın 16-da “Atalanta”ya 2:8 hesabı ilə uduzduqdan sonra yola salınıb. 

Lakin 48 saat sonra klub prezidenti Danilo Yervolino ilə danışaraq vəzifəsinə qayıdıb. Bu dəfə isə komanda rəhbərinin qərarını dəyişəcəyi inandırıcı görünmür. Çünki “Salernitana”da artıq yeni baş məşqçi bəlli olub. 53 yaşlı portuqaliyalı mütəxəssis Paulo Souza komandanın sükanı arxasına keçib.

Qeyd edək ki, “Salernitana” 22 matçda topladığı 21 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0