“Neftçi” - “Jelezniçar”: KİM ŞANSLIDIR?
03.08.2023 - 11:47
Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) - “Jelezniçar” (Bosniya və Herseqovina) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları meydan sahiblərini daha şanslı sayırlar.
Bu gün “Bakcell Arena”da baş tutacaq matçda Bakı təmsilçisinin qələbəsi 1,85, balkanlıların uğuru 3,93 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,50 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.
0
0