“Makkabi” 2 ulduz futbolçusunu Bakıya gətirməyəcək
08.07.2022 - 09:01
“Makkabi” 2 ulduz futbolçusunu Bakıya gətirməyəcək

Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq Təl-Əviv “Makkabi”si 2 futbolçusunun xidmətindən məhrum olacaq.

Apasport.az saytının İsrail mətbuatına istinadən məlumatına görə, komanda Bakı səfərinə iki oyunçusunu gətirməyəcək.

Bunlar yarımmüdafiəçi Nir Biton və hücumçu Eran Zahavidir. Yay fasiləsində transfer edilən hər iki oyunçu hazırda kollektivdən ayrı fərdi məşqlərlə kifayətlənir. İsrail millisinin üzvləri zədədən sonra bərpa prosesi keçir. Baş məşqçi Vladimir İviç onların İsraildəki cavab qarşılaşmasına yetişəcəyinə ümid edir.

2013-2016-cı illərdə “Makkabi”nin formasını geyinmiş və yay fasiləsində PSV-dən qayıdan Eran Zahavi, eyni zamanda “Seltik”dən transfer edilən Nir Biton komandanın ulduz futbolçuları sayılır.

Qeyd edək ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da olacaq. Görüş saat 20:00-da start götürəcək. Bu komandalar bir həftə sonra Təl-Əvivdəki “Blumfild” stadionunda revanş matçına çıxacaq.

writer photo
Əlirza Əlirzalı
0