"Neftçi" "Lokomotiv"in oyunçusuna elçi düşüb
07.01.2024 - 12:04
"Neftçi" "Lokomotiv"in oyunçusuna elçi düşüb

“Neftçi” “Lokomotiv”in (Plovdiv) futolçusu Alfa Konte ilə maraqlanır.

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” 23 yaşlı vingerin mümkün transferiylə bağlı danışıqlara başlayıb. 

Məlumata görə, Plovdiv klubu syerra-leoneli üçün 350 min avro tələb edir. Lakin “Neftçi”nin bu məbləği aşağı salmaq istədiyi bildirilir.


Transfer qışda baş tutmasa, "Neftçi" syerra-leoneli futbolçunu ən azından icarəyə götürməyə çalışacaq. 

Qeyd edək ki, Alfanın Bolqarıstan klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

writer photo
Əlirza Əlirzalı
0