"Neftçi" Matiası buraxmaq istəmir
23.04.2024 - 15:41
"Neftçi" Matiası buraxmaq istəmir

"Neftçi" aparıcı futbolçularını komandada saxlamağı planlaşdırır.

Apasport.az saytına verilən məlumata görə, "ağ-qaralar"ın əsas istəyi Yuri Matiasla bağlıdır.

Belə ki, paytaxt klubu braziliyalı legionerini buraxmaq niyyətində deyil. Matiasın adı son vaxtlar Rumıniya və Türkiyə klubları ilə yanaşı hallanır. "Neftçi" ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər olan Matiasa daha çox Rumıniyadan maraq var. Azərbaycan klubu isə onunla müqavilə müddətini uzatmağı planlaşdırır. Belə ki, Matiasa daha bir illik müqavilə təklif edilib. 29 yaşlı futbolçunun həmin təklifə hansı cavabı verəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

Qeyd edək ki, Yuri “Amerika”(Braziliya), “Akademika de Koimbra”(Portuqaliya), “Traktor”(İran), “Qaz Metan”, “ÇFR Kluj”(hər ikisi Rumıniya) klublarında oynadıqdan sonra yayda "Neftçi" ilə 2 illik müqavilə imzalamışdı.

writer photo
Əlirza Əlirzalı
0