“Borussiya”nın maraqlandığı “Liverpul”lu
24.08.2022 - 13:42
“Borussiya”nın maraqlandığı “Liverpul”lu

“Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçunun xidmətində Dortmund “Borussiya”sı maraqlıdır.

Qvineya millisinin üzvünün müqaviləsinə almanların yarımmüdafiəçisi Cud Bellingem də daxil ola bilər. Bundesliqa klubunun futbolçusu ilə daha əvvəl “Liverpul” maraqlanırdı.

Qeyd edeək ki, Nabi Keyta bu mövsüm İngiltərə Superkuboku uğrunda “Mançester Siti” ilə matçda (3:1) meydanda cəmi 5 dəqiqə keçirib. Yarımmüdafiəçi Premyer Liqa görüşlərində hələ iştirak etməyib.
 

writer photo
Əlirza Əlirzalı
0